Yasamalı bezdirən "avtoş" tutuldu
Bir neçə gün öncə KİV-lərdə və sosial şəbəkələrdə Bakıda avtoxuliqanlıq edən ağ və qara rəngli "VAZ 2107" sürücülərinin avtoxuliqan hərəkətlərini görüntələyən kadrlar yayılıb. Heç bir yol hərəkəti qaydasına məhəl qoymadan avtomobilləri riskli şəkildə idarə edən sürücülər Yasamal ərazisində ətrafa təhlükə yaradıblar.
Kadrlardan da göründüyü kimi kobud qayda pozuntuları edən şəxslər riskli tryuklar edərək digər avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurlar. Az sonra onlara üçüncü avtomobil də qoşulur. DİN-dən Vesti-az saytına verilən məlumata görə, Yasamal rayon yol polisi əməkdaşları avtoxuliqanlardan birini saxlayıb. O, Bakı sakini, 21 yaşlı Əziz Əzimovdur. Saxlanılan şəxs barəsində 15 sutkalıq həbs və 1 il müddətinə sürücülük hüququndan məhrumetmə qərarı çıxarılıb. Digər iki "avtoş" barəsində axtarış elan edilib.