Penitensiar Xidmət: Cəzaçəkmə Müəssisəsindəki münaqişənin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidməti 6 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakovun APA-ya verdiyi məlumata görə, noyabrın 8-də Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən  bir qrup məhkum arasında məişət zəminində münaqişə baş verib. Münaqişənin qarşı qısa müddətdə müəssisə və Penitensiar xidmətin Baş İdarəsinin əməkdaşlarının səyi nəticəsində alınıb.

 

Daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara bir daha qanunun  tələbləri izah olunub. Müəssisənin normal iş ahənginin pozulmasına yönələn hər hansı hərəkətlərin qarşısının qətiyyətlə alınacağı bildirilib. Münaqişə zamanı müəssisədə cəza çəkən məhkumlar və əməkdaşlar arasında xəsarət alan olmayıb.

 

Hadisə ilə bağlı toplanmış materiallar Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilib. 

Müəllif | Apa.Tv
Apa.tv