Neftin qiyməti son 4 ildə ən aşağı həddə çatıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 51 sent ucuzlaşaraq, 1 barelə görə 77,43 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 54 sentr ucuzlaşaraq 81,13 dollar olub.
APA TV-nin xəbərinə görə, bununla da neftin qiyməti son 4 ildə ən aşağı həddə çatıb. Bu ilin iyulundan isə ümumilikdə neftin qiyməti 30 faiz düşüb. Neftin qiymətinin azalmasına səbəb kimi təklifin həddən artıq yüksəldiyi deyilir. Liviyadakı Əl-Şərar adlı böyük neft yatağı hakimiyyət uğrunda mübarizə aparan qruplaşma tərəfində zəbt edildiyi üçün işləmir. "Xariqa" limanından sutkada 120 min barel neft ixracı isə "qara qızıl"ın qiymətinin artmasına təsir etmək üçün dayandırılıb. Lakin bu tədbirlərin hələlik nəticəsi yoxdur.
Noyabrın 27-də Neft İxrac Edən Ölkələr Təşkilatınıniclası keçiriləcək. İclas zamanı üzv ölkələr hazırda sutkada hasil edilən 30 milyon barel neft qarşılığında hasilatı 500 min barelə düşürmək barədə razılığa gəlməyi planlaşdırır. Bəzi ölkələr arasında fikir ayrılıqları olması səbəbindən ekspertlər belə bir razılaşmanın əldə edilməyəcəyini bildirirlər.
Neftin qiymətinin azalmasına təsir edən səbəblərdən biri də Amerika Birləşmiş Ştatlarının ötən həftə neft ehtiyatlarının 800 min barel artması ilə bağlı açıqlamasıdır. Hazırda ekspertlər ABŞ-in neft ehtiyatları ilə bağlı növbəti həftəlik göstəricini gözləyirlər.