Göygöldə 21 yaşlı oğlan narkotiklə tutulub

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində  rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Abbasov şübhəli şəxs qismində saxlanılıb. APA TV-nin xəbərinə görə, üzərinə baxış keçirilən zaman əvvəlcə ondan 10 qrama yaxın  narkotik vasitə olan marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotiki çaydan yığdığını deyib: "Peşman olsam da, olmasam da tutulmuşam".

 

Göygöl RPŞ əməkdaşı Şirvan Hüseynov deyib ki, yaşadığı mənzilə baxış keçirilən zaman oradan 225  qramdan çox qurudulmuş marixuana aşkar edilərək götürüb.

 

Dindirilmə zamanı saxlanılan şəxs bir neçə ildir, narkotik vasitədən istifadə etdiyini bildirib. 21 yaşlı oğlanın əvvəllər də oğurluq və adamdöymə cinayətlərinə görə məhkumluq həyatı yaşadığı qeyd olunub.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli