İŞİD-in yeni lideri narkotik alverçisi olub

İŞİD terror təşkilatının Telafer əmiri Əbu Əbdürrəhman Kado öldürülüb. Onun İraq ordusuna məxsus hərbi təyyarələrin Baac nahiyəsinə endirdiyi zərbələr nəticəsində öldürüldüyü bildirilir. Bu barədə İraqın Müdafiə Nazirliyi yazılı açıqlama yayıb . Açıqlamada qeyd olunur ki, İŞİD-in mövqelərinə edilən hücumlar nəticəsində Telafer əmiri ilə yanaşı, 20 terrorçu da öldürülüb. Həmçinin İŞİD-ə aid ağır silah daşıyan 14 avtomobil məhv edilib.

 

"İslam dövləti" terrorçuları daha bir itkini Kobanidə yaşayıb. Şəhər uğrunda gedən şiddətli döyüş zamanı şəhərin Mitenur Təpəsini İŞİD-çilərdən təmizlənib. Təpənin şəhərin əsas yollarının üzərində yerləşdiyi qeyd olunur.

 

Təşkilatın lideri Əl Bağdadinin öldürülməsi iddialarından sonra İŞİD-ə yeni rəhbərin seçildiyi barədə xəbərlər yayılıb. "Telegraph" qəzetinin xəbərinə görə, təşkilatın yeni lideri Səddam Camaldır. O, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub. Daha sonra Azad Suriya Ordusuna qoşulan  Səddam Camalın qardaşlarını da İŞİD terrorçuları öldürüb. Bir müddət sonra yenidən ortaya çıxaraq İŞİD-ə biət etdiyini açıqlayıb. Səddam Camalın İŞİD-ə qarşı çıxan Şaitat qəbiləsinin 700 üzvünü öldürdüyü barədə məlumatlar var.

Müəllif | Apa.Tv
Apa.tv