FHN Akademiyasında Konstitusiya gününə həsr olunmuş toplantı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş toplantı keçirilib.

 

APA TV-nin verdiyi məlumata görə, toplantını giriş sözü ilə açan FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə on doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı tarixi seçimini edərək ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycanın müstəqillik illərində  ilk Konstitusiyasını qəbul edib.

 

FHN Akademiyasının müəllimləri “Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin şah əsəridir” və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər ölkədə demokratiyanın inkişafına xidmət edir” mövzularında məruzələr ediblər.

 

Sonda Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunan videoçarx nümayiş olunub. 

Müəllif | Apa.Tv
Apa.tv