Bakıda 38 yaşlı kişi özünü körpünün üstündən atmaq istəyib - REAL GÖRÜNTÜ

Bakıda intihara cəhd olub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonda Aereport yolundakı körpünün üzərində qeydə alınıb. 38 yaşlı Zamiq İbrahimov körpününü üzərinə çıxaraq özünü körpüdən atacağını bildirib.

 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasetmə əməliyyatı ilə bağlı aereport yolunun bu hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda kənar şəxlər ərazidən uzaqlaşdırlıb.  Xilasedicilər intihara cəhd edən şəxslə danışıqlar aparıblar. Daha sonra əraziyə Zamiq İbrahimovun  yaxınları gəlib. Onlar da Zamiqi bu fikrindən döndərməyə çalışıblar.

 

Ölmək üçün körpüyə çıxan Zamiq İbrahimov aparılan danışıqlar nəticəsində  nəhayət intihar emtək fikrindən daşınıb. Xilasedicilər qaldırıcı kranla onu körpüdən endirməyə müvəffəq olublar.

 

O, ifadəsinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Z.İbrahimovun nəyə görə intihar etmək istəməsi Polis Idarəsində aparılacaq dindirilmə zamanı məlum olacaq. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv