Balakəndə 4 otaqlı ev yanıb

Balakəndə fərdi yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, yanğın  rayonun Qazma kəndində, Qüdrət Şəhmir oğlu Ukalayevə məxsus, ümumi sahəsi 125 kv/m olan 4 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Qüdrət Ukalayevə məxsus evin yanar konstruksiyaları və ev əşyaları  yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahiblərindən və yanğınsöndürənlərdən xəsarət alan olmayıb.

 

İlkin ehtimallara görə yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov