Gəncədə maşın yolu keçmək istəyən yaşlı kişini vurub

Gəncədə yolu keçmək istəyən yaşlı kişini maşın vurub. Hadisə şəhərin Heydər Əliyev Prospektində, Cümə Məscidinin yaxınlıqında qeydə alınıb. Belə ki, şəhər sakini  52 yaşlı Firdovsi Yadigarov idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə 76 yaşlı Tapdıq Vəliyevi vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

 

Qeyd  edək ki, yaralı Tapdıq Vəliyevin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.  Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində  araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizadan sonra bəlli olacaq.

Müəllif | Apa.Tv
Azər Məmmədli