Lənkəranda istintaqdan yayınan tiryəkxana sahibi yaxalanıb

Lənkəran polisi istintaqdan yayınan tiryəkxana sahibini yaxalayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Yuxarı Nüvədi kənd sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Davud Mustafayev və onunla əlbir olan keçmiş məhkum, Astara rayonunun Ərçivan qəsəbə sakini, 36 yaşlı Emil Zərbiyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Əməliyyat axtarışları zamanı Davud Mustafayevin evində qurduğu tiryəkxanadan 34 qutuda 182 qram marixuana, 14 bükümdə 32 qram həşiş, 7 bükümdə və bir ədəd selofan bükümdə 57 qram heroin, 150 qram çətənə bitkisinin toxumu, 1 ədəd elektron tərəzi, marixuana çəkmək üçün istifadə edilən siqaretlər, 10 ədəd şpiris və 10 ədəd distillə olunmuş su ampulası aşkar olunub. Həmin evdən həmçinin “iş başında” olan 3 nəfər narkotik istifadəçisi də saxlanılıb.

 

Saxlanılan şəxlərdən rayon sakinləri, 38 yaşlı, əvəllər məhkum olunmuş İsfəndiyar Sabir oğlu Mustafayevdən 0,5 qram, 21 yaşlı Murad Famil oğlu Həbibovdan 0,1 qram heroin, 39 yaşlı Zülfüqar Adil oğlu Quliyevdən 0,1 qram heroin aşkar edilərək götürülüb.

 

Lakin həmin vaxt D.Mustafayev aradan çıxmaqla istintaqdan yayınmağa  cəhd göstərib. Uzağa gedə bilməyən tiryəkxana sahibi tez bir zamanda saxlanılıb. İstintaqla müəyyənləşdirilib ki, Davud Mustafayev satış məqsədilə bir neçə dəfə Emil Zərbiyevdən narkotik vasitə əldə edib. E.Zərbiyev isə dostunun ona şər atdığını söyləyib. 

 

Faktla bağlı Lənkəran RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv