Qazaxda Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbir keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 16 Noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə bölgələrdə bir sıra tədbirlərə başlayıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə “Fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda ilk dəyirmi masa Qazaxda Ədəbiyyat Muzeyində təşkil olunub.

 

Tədbirdə çıxış edən Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov ölkəmizin çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələrin olduğunu diqqətə çatdırıb. Çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov isə, bildirib ki, “multikulturalizm ənənələrinin davamı” adlı muzeyin yaradılması planlaşdırılır. 

 

Tədbirdə vurğulanılb ki, xaricdəki ali məktəblərində Azərbaycan multikulturalizminin tədrisi də planlaşdırılıb. Həmçinin mərkəz strateji məqsədlərə xidmət edən “multikulturalizm ensiklopediyası” üzərində də xarici mütəxəssislər və ekspertlərlə birgə işlərə başlamağı planlaşdırıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli