İŞİD "əl-Nüsra"nın iki liderini edam edib

İŞİD terror təşkilatı "Əl-Qaidə"nin Suriya qolu olan "əl-Nüsra Cəbhəsi"nin iki liderini edam edib. Suriyada Bəşər Əsədə qarşı vuruşan "əl-Nüsra"nın liderləri Raqqa şəhərində edam olunub. Xəbəri Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Təşkilatı yayıb. APA TV xəbər verir ki, təşkilatın məlumatına görə, həmin liderlər bir müddət öncə "əl-Nüsra"dan ayrılaraq İŞİD-ə qoşulub. Adları açıqlanmayan şəxslərin "İŞİD-ə qarşı mübarizə aparmaq"larına görə edam edildiyi bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv