Bakıda müəmmalı intihar: Özünü asan qadının meyitini bacısı uşaqları aşkarladı

Bakıda intihar hadisəsi qeydə alınıb. Bu barədə Vesti.az-a Suraxanı rayon Polis Şöbəsindən məlumat verilib. 1970-ci il təvəllüdlü Xanım Qiyas qızı Orucova özünü ağacdan asıb. Bildirilir ki, o, özünü Qaraçuxur qəsəbəsində yaşayan bacısının mənzilində öldürüb. APA TV-nin məlumatına görə, hazırda intiharın hansı səbəbdən törədildiyi araşdırılır. Xanım Orucovanın qohumlarının sözlərinə görə, o, ailəli olub və son vaxtlar psixoloji problemlər yaşayıb. Onun intihar etdiyi zaman evdə bacısı uşaqları olub. Uşaqların dediyinə görə, mərhum kimsəyə bir söz demədən həyətə çıxıb. Onun meyitini bacısı uşaqları aşkarlayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv