Yevlaxda ağır qəza: 39 yaşlı kişi öldü

Yevlax-Mingəçevir yolunda ölümlə nəticələn avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yevlaxın Əkşəm kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 39 yaşlı Əli Məmmədovun idarə etdiyi "VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn Yevlax rayonu, Xaldan qəsəbə sakini 41 yaşlı Elgiz Bəkirovun idarə etdiyi  “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Gəncə sakini Əli Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Digər yaralının da vəziyyətinin ağır olduğu bildirilir. 

 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov