Bakıda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə biznes forumu keçirilib

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər. Formda çıxış edən prezident İlham Əliyev İranın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində aparılan danışıqların səmərəli olduğunu bildirib, dövlət başçılarının intensiv görüşlərinin biznes dairələri arasında da təmasların güclənməsinə təkan verəcəyini qeyd edib. Ölkələrin iqtisadi əlaqələrinin müstəsna əhəmiyyət daşıdığını deyən dövlət başçısı iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb. Hökumətlərarası komissiyaların fəal işlədiyini bildirib. "Biz istəyirik ki, iş adamları daha sıx əlaqədə olsunlar" deyən prezident İlham Əliyev hazırda ölkəmizdə yüzlərlə İran şirkətlərinin fəaliyyət göstərdiklərini bildirib. Dövlət başçısı ölkəmizdə sərmayələrin güclü şəkildə qorunduğunu deyərək təkcə ötən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulduğunu xatırladıb.

 

Prezident İlham Əliyev Azərbaycan və İranın neft və qazla zəngin olduğunu deyib.

 

Həsən Ruhanı Azərbaycana isə biznes forumun ölkələr arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini diqqətə çatdırıb. İranın qonşuları ilə münasibətlərdə xüsusi xətt yeritdiyini deyən dövlət başçısı bildirib ki, qonşu ölkələrlə əlaqələrin daha da dərinləşdirilməsi İran hökumətinin prioritet istiqamətlərindən biridir. "Biz Azərbaycanı bütün məsələlərdə dəstəkləyirik" deyən Həsən Ruhani ölkələrimizin müştərək dəyərlər paylaşdığını deyib. Çıxışında Xəzər hövzəsində əməkdaşlıq məsələlərinə toxunan dövlət başçısı iqtisadi sahədə, o cümlədən investisiyaların qoyulması sahəsində ölkəsinin Azərbaycanı dəstəklədiyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv