Goranboyda partlayış olub, 21 yaşlı oğlan ağır yaralanıb
Goranboy rayonunda ehtiyatsızlıqdan partlayış baş verib. APA TV-nin xəbərinə görə, təbii qazla işləyən su qızdırıcısının partlaması nəticəsində bir nəfər xəsarət alıb. Hadisə rayonun Sarov kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Mansur Tanrıverdiyev hamam otağında çimərkən təbii qazla işləyən su qızdırıcısı partlayıb. Nəticədə Mansur Tanrıverdiyev ağır yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardımın Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, gəncin vəziyyəti ağırdır.
Həkim Ələddin Kərimov bildirib ki, yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Bədəninin 35-40 faizi yanıb.
Baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti qurumlarda araşdırma aparılır.