Zaqatalada Beynəlxalq tolerantlıq günü ilə bağlı dəyirmi masa keçirilib
Zaqatalada Beynəlxalq tolerantlıq günü ilə bağlı dəyirmi masa keçirilib. APA TV-nin məlumatına görə, tədbirdə Zaqatala RİH başçısı Mübariz Əhmədzadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Dillər Univerisitetinin əməkdaşları, müəllimlər, hüqüq mühafizə orqanlarının rəhbərləri və rayonda qeydiyyatdan keçmiş dini icmaların nümayəndələri iştirak edib. Çıxış edənlər bildirib ki, Azərbaycanda mədəni, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti mövcuddur. Beynəlxalq Talerantlıq günü münasibəti ilə keçirilən respublika səviyyəli tədbirlərdən birinin də elə məhs 20-yə yaxın azsaylı millətlərin nümayəndələrinin illər boyu kompakt, mehriban şəraitdə yaşadığı Zaqatala rayonunda qeyd edilməsi heç də təsadüfi deyil. Rayonun 130 min nəfərə yaxın əhalisindən 25 min nəfəri avar, 11 min 200 nəfəri saxur və qalanları digər xalqların nümayəndəsidir. Təsadüfi deyil ki, rayonun 29 ərazi nümayəndəliyinin 14-ü məhs milli azlıqların yaşadığı ərazilərə düşür. Rayonda 45 məsçid, 42 dini icma fəaliyyət göstərir. Tədbirdə həmçinin rayonda, o cümlədən bütövlükdə Azərbaycanda bu günədək heç bir dini, milli münaqişənin ,qarşıdurmanın qeydə alınmadığı da qeyd edilib.