Bakıda qohumların qanlı davası: bıçaqlanan gəncin vəziyyəti ağırdır
Bakının Nizami rayon ərazisində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan 34 yaşlı Emin Həsən oğlu Hüseynovu xəstəxanaya Nərimanov Rayon Polis İdarəsinin post patrul xidmənin əməkdaşları çatdırıblar.
APA TV-nin xəbərinə görə, müayinə zamanı həkimlər Emin Hüseynovun sinə nahiyyəsində üç bıçaq xəsarəti aşkarlayıblar. Çoxlu qan itirən yaralı dərhal əməliyyat olunub.
Qanlı hadisə "Ulduz" metrostansiyasının yaxınlığında baş verib. Yaşadıqları məhəllədə Emin Hüseynovla hələlik adı açıqlanmayan qohumu arasında mübahisə yaranıb. Mübahisə zamanıda qohumu Emini bıçaqlayıb. Oğlunun bıçaqlandığını görən Həsən Hüseynov onu xəstəxanaya çatdırmaq üçün yola çıxarıb. Bu zaman Post Patrul Xidməti avtomobilini görən onu saxladıb. Polis əməkdaşları yaralını xəstəxanaya çatdırıblar. Qohumunu bıçaqlayan şəxs isə hadisə yerindən qaçıb.
Nizami Rayon Polis İdarəsinin əməkdaşları onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.