Xaçmaz sakini qonşusunu bıçaqlayıb

Dünən axşam saatlarında Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayon sakini 57 yaşlı Osmanov Telman Mahmud oğlu müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Xəstəxanaya yerləşdirilən zərərçəkən aralarında yaranan mübahisə nəticəsində qonşusu tərəfindən bıçaqlandığını deyib.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan