Bakıda "VAZ 2106" sərnişin avtobusuna çırpılıb
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Rəsulzadə qəsəbəsində "VAZ 2106" markalı avtomobillə yüksək sürətlə hərəkət olan 24 yaşlı Elçin Mamedov maşını qarşıda olan və Dursun Rəsulovun idarə etdiyi 179 saylı sərnişin avtobusuna çırpılıb. Qəza nətcisəində minik maşınının sürücüsü xəsarət alıb. O, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. "VAZ 2106" deformasiyaya uğrasa da, sərnişin avtobusuna ciddi ziyan dəyməyib. İlkin məlumata görə, avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzanın səbəblərini Binəqədi Rayon Polis İdarəsi araşdırır.