Xaçmazda 20 yaşlı oğlan qətlə yetirilib
Ötən axşam Xaçmaz rayonunda qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz peşə məktəbinin qarşısında baş verib. Xaçmaz rayon sakini, 20 yaşlı Nəbiyev Polad Rafiq oğlu bıçaqlanıb. Polad Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Xaçmaz Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, bu, Xaçmaz sakini, 18 yaşlı Əlihəsən İlqar oğlu Fətullayevdir. İlkin versiya belədir ki, Əlihəsən Fətullayev Polad Nəbiyevi aralarında yaranan mübahisə zəminində bıçaqlayaraq qətlə yetirib.
Xaçmaz Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.