Bakıda qəza törədən avtoxuliqan hadisə yerindən qaçarkən yol polisini vurub

Nərimanov rayonunda avtoxuliqan xidməti vəzifəsini yerinə yetirən yol polisi əməkdaşını avtomobillə vurub. APA TV-nin məlumatına görə, "VAZ-2107" markalı avtomobil Ağa Neymətulla küçəsindən Yusif Vəzir Çəmənzəminli küçəsinə dönərkən başqa bir avtomobilə çırpılıb. Ərzidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşı Yaşar Qocalı hadisə yerindən qaçmaq istəyən "VAZ-2107"-nin sürücüsünə saxla əmri verib.

 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin növbətçi hissəsinin rəisi İlqar İbrahimovun sözlərinə görə, polis əməkdaşını vurandan sonra hadisə yerindən uzasqlaşmaq istəyən sürücünü saxlamaq üçün elə həmin küçədə süni tıxac yaradılıb. Tıxacda qalan sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib. Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv