Gəncədə səkiyə çırpılan avtomobil mikroavtobusla toqquşub

Ötən gecə Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Prospektlə hərəkətdə olan 37 yaşlı Nəsimi Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobil yolun sag hissəsində olan səkiyə və ağaca çırpılıb. İdarəetməni itirən sürücü yolun kənarında dayanan “RAF” markalı kiçik tutumlu mikroavtobusa da dəyib. Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib. “Mercedes” markalı avtomobil tam yararsız hala düşüb. Avtomobil cərimə meydançasına aparılıb. Avtoqəza zamanı “Mercedes”in sürücüsü Nəsimi Cavadov kəllə beyin travması alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli