İŞİD lideri əmr verdi: Şiələrə hücum edin!

İŞİD və “əl-Qaidə” terror qruplaşmalarının liderləri arasında əməkdaşlığa dair razılaşma əldə olunub. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, terror təşkilatlarının liderləri arasında görüşün ötən həftə Suriyanın şimalındakı Atareb şəhərində baş tutduğu ehtimal olunur. 4 saat davam edən müzakirələrdə qeyd olunan qruplaşmaların 7-dək yüksək vəzifəli nümayəndəsinin etdiyi bildirilir.  

 

“Terror qruplaşmalarının liderləri aralarındakı ədavətə son qoymağı, ümumi düşmənlərə qarşı mübarizədə əməkdaşlıq etməyi qərara alıblar”, deyə mənbə bildirib. 

 

Məlumatda qeyd olunur ki, terror qruplaşmaları Suriyanın şimal rayonlarına birgə hücumlar etməyi planlaşdırıb.

 

Bu arada bir müddət öncə öldürüldüyü iddia olunan və meyitinin fotosu yayılan İŞİD lideri əl-Bağdadinin səsinin olduğu audio-yazı yayılıb. APA TV-nin xəbərinə görə, Bağdadiyə aid olduğu iddia olunan audio yazı "Youtube"-a yüklənib. Bağdadi orada koalisiya qüvvələrinin hücumlarının nəticəsiz qaldığını vurğulayıb. 17 dəqiqəlik səs yazısında Mosulda elan edilən xəlifəliyinin Səudiyyə Ərəbistanı, Yəmən, Əlcəzair və Misirə yayıldığı bildirilir. O, tərəfdaşlarını "İlan başı" olaraq adlandırdığı Səudiyyə Ərəbistanını idarə edənlərə və bu ölkədəki şiələrə hücum etməyə çağırıb.

 

Bağdadi xristian və yəhudilərin onlara qarşı təbliğat apardığını, açıq döyüşə quru qoşunları göndərməkdən qorxduqlarını deyib. 

Müəllif | Apa.Tv
Apa.tv