Bağdadda terror aktları: 15 ölü, 47 yaralı
İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayış nəticəsində 15 nəfər ölüb, 47 nəfər xəsarət alıb.
APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Dəclə çayı yaxınlığında törədilən partlayışda 5 nəfər ölüb. Digər terror aktı Bağdadın şimalında yerləşən Əl-Əhmədiyyə qəsəbəsində qeydə alınıb. Burada restoranın yaxınlığında baş verən partlayış 10 nəfərin həyatına son qoyub.
Hadisədən sonra İraq ordusu sözügedən bölgələrdə təhlükəsizlik tədbirlərini gücləndirib. Ola biləcək növbəti terror aktının qarşısının alınması üçün qurulan polis postlarının sayı artırılıb.