FHN Lənkəranda 42 yaşlı qadını xilas edib
Lənkəranda bağlı qapı arxasında qalan şəxs xilas edilib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini FHN-nin Cənub Regional İdarəsinə zəng edərək, şəhərin Zərifə Əliyeva, bina 78, mənzil 45 ünvanında yaşayan 42 yaşlı qadının bağlı qapı arxasında qaldığını bildirib. Hadisə yerinə Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərək xüsusi xilasetmə alət və avadanlıqlarının köməyi ilə qadın xilas edilib.
Məlum olub ki, mənzildə köməksiz vəziyyətdə qalan İlhamə İbrahimova ruhi xəstədir.