Fikrət Məmmədov Qubada vətəndaşların qəbulunu keçirib

Ədliyyə naziri Fikrət Məmmədov Qubada vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan sakinlər iştirak ediblər. Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı müracitə edən hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Müəllif | Apa.Tv
Apa.tv