Quba rayon məhkəməsinin yeni inzibati binası istifadəyə verilib
Qubada yeni məhkəmə binasının açılışı olub. APA TV-nin məlumatına görə, açılış mərasimində ədliyyə naziri Fikrət Məmmədov, nazirliyin nümayəndələri , Ali Məhkəmənin sədri, Quba rayon icra hakimiyyətini başçısı Mübariz Ağayev, Dünya bankının Azərbaycan üzrə meneceri, hakimlər və digər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Binanın açılışı münasibəti ilə ədliyyə işçilərini təbrik edən qonaqlar ölkə ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.
Qeyd edək ki, yeni inzibati bina Dünya Bankının dəstəyi ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa edilib. Bina müasir texnologiya və avadanlıqlarla təchiz olunub. Burada videokonfransların keçirilməsinə şərait yaradılıb, elektron sənəd dövriyyəsi və məhkəmə işlərini idarə olunmasına xidmət edən “Femida” sistemi quraşdırılıb. Binada həmçinin konfrans zalı, 4 məhkəmə zalı, arxiv, müvəqqəti saxlama kameraları və digər inzibati otaqlar var.