Lənkəran sakini özünü ov tüfəngi ilə vurub
Lənkəranda intihara cəhd qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Həzi Aslanov küçəsi, 1 saylı binanın 32-ci mənzilində baş verib. Yaxınları 66 yaşlı Fəxrəddin Heydərovu evdə yaralı vəziyyətdə tapıblar. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan Fəxrəddin Heydərovun vəziyyəti ağırdır.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Fəxrəddin Heydərov özünə ov tüfəngi ilə atəş açıb. Ov tüfəngi hüquq mühafizə orqanları tərəfindən maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.