Ucarda ölümlə nəticələnən qəza baş verib
Səhər saatlarında Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Ucar rayonu, Alpı kəndində iki "Kamaz" markalı yük avtomobili toqquşub. Avtomobillərdən birinin sürücüsü, 1964-cü il təvəllüdlü Hüseynov Qara Dəmir oğlu hadisə yerində ölüb. Xilasedicilər sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.