İndoneziyada 7,3 bal gücündə zəlzələ!

İndoneziyada 7,3 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına görə, yeraltı təkanlarla əlaqədar sunami təhlükəsi elan edilib. İndoneziya Milli Metrologiya, İqlimşünaslıq və Geofizika İdarəsinin məlumatına əsasən, zəlzələnin episentri Şimali Molukka əyalətində, Xalmaxera adasından 137 kilometr şimal-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib. Ölən və yaralananlar barədə məlumat verilmir. 

 

Müəllif | Apa.Tv
Apa.tv