Ukraynada döyüşlər: 7 hərbçi öldürülüb, 10 hərbçi yaralanıb
Ukraynada atəşkəsin pozulması nəticəsində nə azı 7 hərbçi ölüb, 10 hərbçi isə yaralanıb. APA TV-nin məlumatına görə, antiterror əməliyyat mərkəzi sutka ərzində Ukraynanın nəzarətində olan yaşayış məntəqələrində gedən döyüşlərdə 2 mülki şəxsin öldürüldüyü, 4 vətəndaşın isə yaralandığını açıqlayıb. Ən gərgin vəziyyəti Debaltsevo əməliyyat meydanında müşahidə olunur. Məhz həmin ərazidə daha çox atəş səsləri eşidilir.
Donetsk aeroportunda ötən axşam sakitlik olub. Bu strateji obyekti qoruyan bölmələr sutkanın istənilən saatında edilə biləcək hücumun qarşısına almağa imkan verən əlavə vasitələrlə təmin olunublar. Ötən gecə Ukrayna birləşmələrinin yerləşdiyi Opitnoye, Qranitnoye, Nikişino məntəqələri də atəşə məruz qalıb. Anitettor əməliyyatları zonasının cənubunda isə vəziyyət pis hava şəraiti səbəbindən sakitdir. Belə ki, separatçılar havaya görə bu ərazilərdə pilotsuz uçuş aparatlarından istifadə edə bilmirlər.