Göyçayda intihara cəhd! Özünü asan rayon sakini son anda xilas edildi
Göyçay rayonunda intihara cəhd olub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Osmanov İmran Teyyub oğlu qardaşının evində özünü kəndirlə asıb. Ailə üzləri onun özünü öldürmək cəhdindən tez xəbər tutduqlarından İmran Osmanovu xilas edə biliblər. Ölümcül vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İmran Osmanovun vəziyyəti ağır olaraq qalır. O, hazırda koma vəziyyətindədir. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.