Azərbaycan prezidenti: “Ordumuz düşmənin hər hansı təxribatına layiqli cavab verəcək”
Azərbaycan prezidenti bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttini pozması ilə bağlı təxribatı pisləyib. APA-nın məlumatına görə, Şəmkirdə səfərdə olan dövlət başçısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısının uğurla alınmasını yüksək qiymətləndirib. Dövlət başçısı güclü döyüş qabiliyyətinə malik olan Silahlı Qüvvələrimizin bundan sonra da düşmənin hər hansı bir təxribatına layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Prezident vəziyyətlə bağlı müvafiq göstərişlərini verib.