İŞİD-dən daha bir vəhşilik: 12 nəfərin başı kəsildi!

İŞİD terror təşkilatı daha bir edam videosu yayıb. Videoda 12 nəfərin başının kəsilməsi əks olunub.

 

APA TV-nin xəbərinə görə, edam olunanlardan biri Amerikanın humanitar missiyasının əməkdaşı Piter Kessiqdir. O, ABŞ ordusunun keçmiş sıravisidir. Sonralar qida məhsulları və dərman preparatlarının yayılması ilə məşğul olan humanitar təşkilatda işləyən Piter Kessiq 2013-cü ilin oktyabrında Suriyada girov götürülüb. O, həm də suriyalı qaçqınlara zədələrdə ilkin tibbi yardımın göstərilməsi qaydalarını öyrədirdi.

 

Piter Kessiqin valideynlərinin sözlərinə görə, oğulları ötən il oktyabrın 1-də girov götürülüb. Ötən müddət ərzində məlum olmuşdu ki, Piter İslam dinini qəbul edib və Əbdül Rəhman adını götürüb.

 

Piter Kessiqin edam edildiyini ABŞ prezidenti Barak Obama da təsdiqləyib. O, bəyan edib ki, dünya terrorçuların bu hərəkətini insanlıqdan kənar hesab edir. 

Müəllif | Apa.Tv
Apa.tv