Şirvan sakini balıq tutarkən Kürə yıxılaraq boğulub

Şirvan sakini balıq tutarkən Kürdə boğulub. Bu barədə APA TV-nin Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib. Noyabrın 15-də saat 17.00 radələrində Kür çayının Şirvan şəhərinin ərazisindən keçən hissəsində Şirvan sakini Ş.Şükürov küçəsi 13 ünvanında yaşayan 35 yaşlı Şövqi Həsənov boğulub. Kür çayının sahilində tilovla balıq tutan Şövqi Həsənov qəflətən suya yıxılıb.

 

Qohumları onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyini deyiblər. Onun suya yıxılaraq boğulmasına qıcolma xəstəliyinin səbəb olduğu güman edilir. Hadisə baş verdikdən bir müddət sonra Şövqi Həsənovun meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Şirvan məntəqəsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı