İmişlidə ev yanıb, içəridəki azyaşlilar son anda xilas edilib

İmişlidə fərdi yaşayış evi yanıb. Mənzildə qalan azyaşlılar son anda xilas edilib. APA TV-nin xəbərinə görə, yanğın rayon mərkəzindən 14 km aralıda yerləşən Şahverdili kəndində qeydə alınıb. Nəriman Məmmədova  məxsus yaşayış evində baş verən yanğın qısa müddətdə bütün evi bürüyüb. Yaxınlıqda olan qonşu  alovu  görüb  və dərhal köməyə qaçıb. Umumi sahəsi 75 kvadrat metr olan 3 otaqlı evin 2 otağı və bir çox əşyaları yanaraq  külə dönüb. Hadisə yerinə İmişli rayon Yanğın Mühafizə Xidmətinin 2 texnikası və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb evin bir otağı  və içərisindəki  bəzi əşyalar  yanğından mühafizə olunub. Həmçinin alovun yaxınlıqdakı tikililələrə  keçməsinin qarşısı  alınıb. Hadisənin baş vermə səbəbi  hələlik  məlum deyil. 

 

Faktla bağlı araşdırma  aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı