Amerikalı həkim "Ebola"nın qurbanı oldu

Sierra Leonedə "Ebola"virusuna yoluxan Amerika Birləşmiş Ştatları (ABŞ) vətəndaşı, həkim Martina Salina vəfat edib. APA TV-nin məlumatına görə, "Ebola" ilə mübarizə tədbilərinə qatılan həkimin bu virusa Siera Leonada yoluxduğu ehtimal olunur. Həkim Martina Salina müalicə almaq üçün ABŞ-a gətirələrkən vəfat edib.

 

44 yaşındakı həkim "Ebola"dan ölən ikinci ABŞ vətəndaşıdır. Amerika isə artan "Ebola" təhlükəsinə görə, xarici ölkələrdən gələnlərin tibbi yoxlanışdan keçirilməsini daha da möhkəmləndirib.

 

Digər yandan, Avropa Komissiyası "Ebola" ilə mübarizəyə daha 29 milyon avroluq yardım edəcəyini bəyan edib. Artıq komissiyanın nümayəndələri virusun yayıldığı Afrika ölkələrini ziyarət ediblər.

 

Müəllif | Apa.Tv