Atatürk Hava Limanını su basdı

Ötən gecə İstanbuldakı Atatürk hava limanını su basıb. APA TV-nin məlumatına görə, hadisə aeroportun xarici xətlər terminalında baş verib. Yanğın söndürmə sisetmlərindəki boruların partlaması nəticəsində hava limanı su içində qalıb.

 

Bir müddət hava limanına verilən su kəsilib. Daha sonra aereport çalışanları suyun təmizlənməsinə cəlb olunublar. Xarici xətt termimanlının bu hissəsini su basdığından bəzi reyslərdə gecikmə olub. Təxminən 1 saat davam edən işlərdən sonra su tamamilə təmizlənib və terminalın fəaliyyəti bərpa olunub.

 

Müəllif | Apa.Tv