Ukrayanda döyüşlər yenidən qızışır: 23 ölü, 27 yaralı

Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında döyüşlər yenidən qızışıb. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmi nümayəndəsi Andrey Lısenko açıqlama verib.

 

Onun sözlərinə görə, hazırda ağır döyüşlər Donetsk vilayətinin Nikişino qəsəbəsində gedir. Ordu qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. O bildirib ki, ordunun hücumları nəticəsində separatçılara ağır zərbə endirilib. Lısenkonun sözlərinə görə, döyüşlər zamanı 23 separatçı öldürülüb, 27-si isə yaralanıb.

 

Separatçılar bunun əvəzini Donetsk hava limanına hücum etməklə çıxmaq istəyiblər. Lakin hücumların qarşısı alınıb.

 

Lısenko açıqlama verib ki, son 24 saat ərzində isə Ukrayna ordusu 6 əsgərini itirib, 9 əsgər isə ağır yaralanıb.

 

Müəllif | Apa.Tv