Qüdsdə sinaqoqa hücum: 6 ölü, 7 yaralı
Qüdsdə sinaqoqa silahlı hücum olub. Hadisə nəticəsində 4 nəfər ölüb, 7-si isə yaralanıb, hücum edən 2 şəxsin də polis tərəfindən öldürüldüyü bildirilir. İsrail polisinin verdiyi açıqlamaya görə, öldürülən 4 nəfər İsrail vətəndaşıdır. Hücum edənlərin fələstinli olduğu iddia olunur. Hadisə səhər saatlarında baş verib. APA TV-nin xəbərinə görə, sinaqoqa gələn 2 nəfər burada dua edənlərə balta və digər silahlarla hücum edib. Onların Qərbi Qüdsdən gəldiyi bildirilir. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.