Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək
Yaxın iki-üç gün ərzində ölkə ərazisində qeyri sabit, fasilələrlə az yağıntılı hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə bildirib ki, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 11-14 dərəcə arasında dəyişəcək. Bölgələrdə yaxın iki gün ərzində gecə və səhər saatlarında duman və çiskin olacağı, əsasən şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimal olunur: "Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gündüz saatlarında 11-16, dağlarda isə 5-10 dərəcə intervalında dəyişəcək". Yaxın iki gün ərzində Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yaratsa da atmosfer təzyiqinin tərəddüdü və temperaturun iqlim norması daxilində olması müsbət amil hesab edilir.