Şirvan şəhərində 80 yaşlı qadın öldürülüb

Şirvanda şəhərində 80 yaşlı qadını qətlə yetirilib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, noyabrın 17-si axşam saatlarında Heydər Əliyev prospekti 46, mənzil 33  ünvanında yaşayan  80 yaşlı Osmanova Xalidə Mahmud qızının meyiti Şirvan şəhərinin “Bağ evləri” massivindəki həyətyanı sahəsində yerləşən yardımçı otaqdan tapılıb.  

 

Şirvan Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzində meyit müayinə olunarkən onun bədəninin müxtəlif hissələrində, o cümlədən baş və qol nayihəsində küt alətlə yetirilmiş xəsarətlər aşkarlanıb. Qadının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyi güman edilir.

 

Mərhumun qohumlarının və qonşularının qeyd etdiyinə görə, əvvəllər  Şirvan şəhəri 10 saylı məktəbdə müəllim işləyən və iki il əvvəl təqaüdə çıxan Xalidə Osmanova hər gün səhər və axşam bağ evinə orada saxladığı toyuq-cücəyə dən atmağa gedirmiş. Axşam evə qayıtmadığını görən qonşular həmin yardımçı otaqda onun meyitini aşkarlayıblar.

 

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı