Hesablama Palatasının sədri: "Gələn il vergi gəlirləri 2,3 faiz çox olacaq"

"Beynəlxalq Valyuta Fondunun 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 3,5%, Dünya Bankının isə 4,1% həcmində proqnozlaşdırdığını nəzərə almaqla, gələn il üçün dövlət büdcəsində iqtisadi artımın 4,4% proqnozlaşdırılması aparılan siyasətin beynəlxalq miqyasda qəbul olunmasının nəticəsidir".

 

APA TV-nin xəbərinə görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Palata sədrinin sözlərinə görə, dövlət büdcəsi xərclərinin stabilləşdirilməsi, neft gəlirlərinin büdcə məqsədləri üçün istifadə olunacaq məbləğdə optimallaşdırılması yeni strateji çağırışlara tam cavab verir ki, bu da neftin qiymətinin dəyişikliyi fonunda dünya bazarının ölkə iqtisadiyyatına konyunktur təsirlərini optimallaşdırmağa imkan verəcək. O, əlavə edib ki, qeyri-neft sektorundan gəlirlərin artması, vergi daxilolmalarında yığım əmsalının artırılması öz təsirini göstərir. Növbəti ildə vergi gəlirlərinin 2,3%, qeyri-vergi gəlirlərinin 8,2% çox olacağı proqnozlaşdırılıb. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı