Narkotiklə tutulan şəxs: "Xəcalət çəkirəm"

Zərdab rayonunda narkotik istifadəçisi saxlanılıb. APA TV-nin xəbərinə görtə, rayon polisinin keçirdiyi əməliyyat nəticəsində rayonun Bıcaqçı kənd sakini, 55 yaşlı narkotik istifadəçisi Tarverdi Mirzəyev tutulub. Baxış zamanı onun üzərindən və evindən ümumilikdə 460 qr qurudulmuş marixuana götürülüb: "3 ilə yaxındır, az miqdarda istifadə edirəm. Tutduğum əməldən də çox peşimanam. Xəcalət çəkirəm".

 

Saxlanılan şəxsin narkotik vasitənin hardan və necə əldə etməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Fakta bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Zahid Abışov