Şərqi Avropanı "etirazlar qışı" gözləyir

Şərqi Avropanı "etirazlar qışı" gözləyir. Analitiklər hesab edirlər ki, hakimiyyətlər əleyhinə son etirazların arxasında iqtidara qarşı köklənmiş qüvvələr yox, internetlə tanış olan sosial baxımdan fəal insanlar dayanır.

 

Macarıstan, Rumıniya və Bolqarıstan kimi ölkələr siyasi qeyri-sabitlik və sosial münaqişə təhlükəsi qarşısındadırlar. Artıq bu ölkələrdə zəif ənənəvi siyasi partiyalar və dövlət institutlarına qarşı etiraz aksiyalarına minlərlə adam çıxıb.

 

Macarıstanda etirazları alovlandıran məsələ Viktor Orban kabinetinin internet trafikinə vergi tətbiq etmək istəyi olub. Bu etirazlar qıza zaman ərzində daha da genişlənib və hökumətin istefası məsələsi gündəmə gəlib. Budapeştdə "Qəzəb günü" mitinqinə 10 mindən çox adam toplaşıb. Etiraz aksiyalarının fəalları hər hansı müxalifət partiyasının dəstəyindən imtina ediblər.

 

Bolqarıstana gəlincə, gündəlik nümayişlər bu ölkənin əvvəlki hökumətini istefaya məcbur edib. Minlərlə adam elektrik enerjisi qiymətlərinin baha olmasına və korrupsiyaya etiraz edir. Hazırkı koalisiyanın da irimiqyaslı sosial və iqtisadi problemlərin öhdəsindən gələcəyi şübhə doğurur. 

Müəllif | Apa.Tv
Apa.tv