"Ebola"dan sonra "quş qripi" təhükəsi
Hollandiya və Almaniyanın quşçuluq fermalarından sonra İngiltərənin şimalındakı Şərqi Yorkşir əyalətindəki ördək fermasında da "quş qripi " virusu aşkarlanıb. Bunu britaniyalı alimlər analizlərdən sonra açıqlayıblar.
APA TV-nin xəbərinə görə, söhbət H5N8 virusundan gedir. Bu virus quşlar üçün təhlükəlidir və onlarla yaxın təmasda olan insanlara keçə bilər. Amma Böyük Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatı nazirliyi bəyan edib ki, insanların virusa yoluxması riski azdır.
Virusun aşkarlandığl fermanın ətrafında karantin bölgəsi yaradılıb, hökumət 6000-ə yaxın ördəyin məhvinə qərar verib. Ekspertlər ehtimal edirlər ki, virusu Avropaya köçəri quşlar gətirib.