Netanyahudan əmr: sinaqoqa hücum edənlərin evləri dağıdılsın

İsrailin baş naziri Binyamin Netanyahu Qüdsdə sinaqoqa silahlı hücum edən şəxslərin evlərinin uçurdulmasına dair göstəriş verib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar təhlükəsizlik məsələləri ilə bağlı keçirilmiş operativ müşavirədə qəbul olunub.

 

Binyamin Netanyahu, həmçinin, son bir neçə həftə ərzində terror aktları törətmiş terrorçuların da evlərinin uçurdulmasının sürətləndirilməsinə dair tapşırıq verib.

 

Bu arada, Fələstin xəbər agentliyi İsrail ordusunun Qərbi Şeriada Ramallah şəhərində girdiyi barədə məlumat yayıb. Bir fələstinlinin saxlanıldığı bildirilir.

 

Qeyd edək ki, balta və bıçaqla silahlanmış iki naməlum şəxsin sinaqoqa hücumu nəticəsində terrorçular da daxil olmaqla 6 nəfər ölüb.

Müəllif | Apa.Tv
Apa.tv