Bakıda jurnalist dəm qazından zəhərlənib

Noyabrın 18-də "Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova yaşadığı evdə dəm qazından zəhərlənib. APA TV-nin xəbərinə görə, hadisə jurnalistin Hövsan qəsəbəsində yaşadığı mənzildə baş verib. Yaxınları tərəfindən Hövsan qəsəbəsindəki poliklinikaya çatdırılan Günel Cəlilovanın həyatını xilas etmək mümkün olub. 

 

"Bakı Xəbər" qəzetinin əməkdaşı Vaqif Həsənov APA TV-yə bildirib ki, Günel Cəlilova artıq evindədir, onun həyatı üçün heç bir təhlükə yoxdur. Müalicəsini evdə davam etdirəcək. 

Müəllif | Apa.Tv
Apa.tv