Ermənistan əhalisinin 32 faizi yoxsuldur - RƏSMİ STATİSTİKA
Ermənistan Milli Statistika Komitəsinin rəsmi məlumatına görə, 2013-cü ildə bu ölkədə yoxsulluq 32 faiz təşkil edib. Bu isə ötənilki rəqəmdən 0,4 faiz aşağıdır. Xidmətin "Ermənistanın sosial xəritəsi və yoxsulluq" adlı hesabatına əsasən 2013-cü ildə ölkənin hər 3 nəfərindən biri, yəni 967 min nəfəri yoxsuldur. APA TV-nin xəbərinə görə, onlardan 13.3 faizi, yəni 402 mini çox yoxsul, 2.7% faizi, yəni 82 mini isə son dərəcə yoxsul hesab olunur.
Hesabata əsasən, ölkədə 2011-ci ildən yoxsulluğun səviyyəsinin azalmasına baxmayaraq, bütün hallarda göstəricilər 2008-ci ilin göstəricilərindən yüksəkdir.
Bununla belə, şəhər və vilayətlər arasında yoxsulluq səviyyəsi ilə bağlı fərq o dərəcə də yüksək deyil. Bu rəqəm kəndlərdə 31 faiz, şəhərlərdə isə 32.2 faizdir. Ən kasıb vilayət Şirak hesab olunur. Burada yoxsulluğun səviyyəsi 46 faizdir.
Hesabata əsasən, yoxsulluğun aradan qaldırılması üçün 83.9 milyard drama, yəni təxminən 2 milyard dollara ehtiyacı var.